Bakı. Trend:
AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-ninKibertəhlükəsizlik komandası “Red Box” Bakıda keçirilənkibermüharibə yarışının qalibi olub.
Yarışma kibertəhlükəsizlik sahəsində regionun ən mühümplatformalarından biri hesab olunan “CIDC 2025” IIKibertəhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
“Ağıllı şəhərlərdə Kibermüharibə” mövzusuna həsr olunanmübarizədə dövlət və özəl qurumlar, banklar, kritik infrastrukturtəmsilçiləri, provayder və operatorlar, həmçinin təhsilmüəssisələrindən ümumilikdə 25 kibertəhlükəsizlik komandası iştirakedib. İki gün davam edən yarışmada “AzInTelecom”un “Red Box”komandası yüksək peşəkarlıq və real kibertəhlükə ssenarilərinəçevik reaksiya qabiliyyəti ilə fərqlənərək bütün rəqiblərini geridəqoymağı bacarıb.
“AzInTelecom” bu uğur ilə ölkədə kibertəhlükəsizlikekosisteminin inkişafına və peşəkar mütəxəssis hazırlığına verdiyitöhfəni bir daha nümayiş etdirir. Eyni zamanda şirkətin təqdimetdiyi xidmətlərin, xüsusilə bulud bə biometriya əsaslı həllərinintəhlükəsizliyinin yüksək səviyyədə olduğunu göstərir. Şirkətgələcəkdə də tərəfdaşlarına kibertəhlükəsizlik istiqamətindəinnovativ həllər təqdim etməyə və milli kibermüdafiə bacarıqlarınınartırılmasına dəstək göstərməyə davam edəcək.
Qeyd edək ki, “AzInTelecom” MMC 2023-cü ildən etibarən peşəkarmütəxəssislər tərəfindən istifadəçilərin informasiya sistemlərinivə məlumatlarını kiberhücumlardan qorumaq məqsədilə komplekskibertəhlükəsizlik xidmətləri göstərir. 24/7 rejimdə çalışanTəhlükəsizlik Əməliyyatları Mərkəzi ilə müştərilərə müntəzəm olaraqtəhlükəsizlik təhlilləri, təhdid analizi və uyğunluqqiymətləndirmələri təqdim edilir. 2025-ci ildən bu sahəyə fokusunudaha da artıran şirkət müştərilərin kibertəhlükəsizlik mühitinigücləndirərək, onların fəaliyyətini daha etibarlı hala gətirməkməqsədi daşıyır.