Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Fanat.Az xəbər verir ki, E, F, İ və K qruplarında 8 matç baş turacaq.
E qrupunda yer alan Türkiyə millisi Bolqarıstanın qonağı olacaq. Eyni qrupun digər matçında isə İspaniya Gürcüstanı qəbul edəcək.
Qrup ikinciliyi üçün mübarizə aparan Serbiya və Albaniya millilərinin dueli də maraq doğurur. Portuqaliya evdə, İtaliya isə səfərdə növbəti qələbəni qazanmağa çalışacaq.
DÇ-2026
Seçmə mərhələ
E qrupu
22:45. Bolqarıstan – Türkiyə
22:45. İspaniya – Gürcüstan
Xal: İspaniya – 6, Gürcüstan – 3, Türkiyə – 3, Bolqarıstan – 0.
F qrupu
20:00. Macarıstan – Ermənistan
22:45. Portuqaliya – İrlandiya
Xal: Portuqaliya – 6, Ermənistan – 3, Macarıstan – 1, İrlandiya – 1.
İ qrupu
20:00. Norveç – İsrail
22:45. Estoniya – İtaliya
Xal: Norveç – 15, İtaliya – 9, İsrail – 9, Estoniya – 3, Moldova – 0.
K qrupu
17:00. Latviya – Andorra
22:45. Serbiya – Albaniya
Xal: İngiltərə – 15, Albaniya – 8, Serbiya – 7, Latviya – 4, Andorra – 0.