EN

İsrail yüzlərlə fələstinli məhbusun azadlığa buraxılması prosesinə başlayıb

BAKI,TurkicWorld, Fərid Mikayılov

ABŞ prezidenti Donald Tramp planlı tibbi müayinədən keçib və həkiminin sözlərinə görə, ümumi sağlamlıq vəziyyəti “əladır”.

TurkicWorld xəbər verir ki, 79 yaşlı Tramp, ABŞ tarixində seçilmiş ən yaşlı prezidentdir.

Tramp, Vaşinqton yaxınlığındakı “Valter Rid” Hərbi Tibb Mərkəzində illik tibbi müayinədən keçib. Ağ Ev tərəfindən yayılan məktubda Trampın həkimi Şon Barbabell bildirib ki, “prezident Tramp əla ümumi sağlamlıq göstəricilərini qorumaqda davam edir”.

Həkim qeyd edib ki, Trampın “ürək yaşı” bioloji yaşından təxminən 14 il gəncdir və o, heç bir məhdudiyyət olmadan gərgin gündəlik iş qrafikini yerinə yetirir.

Tramp bu müayinədə COVID-19 peyvəndinin gücləndirici dozasını və illik qrip peyvəndini də qəbul edib.

Ağ Ev daha əvvəl bildirmişdi ki, Trampda venoz çatışmazlıq aşkarlanıb, lakin bu, “tez-tez əl sıxma” və aspirindən profilaktik istifadə ilə əlaqələndirilir.

Tramp jurnalistlərə açıqlamasında özünü “bədəncə və zehincə çox yaxşı hiss etdiyini” bildirib.

“İldə iki dəfə tibbi müayinə keçirəm. Özümü əla hiss edirəm. Sonuncu dəfə zehni testdən də keçdim və mükəmməl nəticə göstərdim,” - deyə Tramp vurğulayıb.

Ağ Evdən verilən son məlumata görə, Trampın ürək və böyrək funksiyaları normaldır, ümumi vəziyyətində hər hansı pozuntu və ya sistem xəstəliyi əlaməti müşahidə edilmir.

Tramp spirtli içkilərdən və siqaretdən uzaq durur, lakin qazlı içkiləri və “fast food” yeməkləri sevdiyini gizlətmir.

Chosen
6
turkic.world

1Sources