"Rusiyanın oradakı RLS-nin 2012-ci ilin dekabrında fəaliyyətini dayandırdıqdan sonra həm də ekoloji xarakterli təhdidlərin aradan qaldırıldığı Qəbələdəki Zirvə, fikrimcə, eyni zamanda Qələbə Zirvəsi idi. Ona görə Qələbə Zirvəsi idi ki, cənab Prezident hələ 2009-cu ildə Naxçıvan Sammitindəki çıxışında Zəngəzur bölgəsinin türk dünyasını coğrafi baxımdan parçalamaq niyyəti ilə Ermənistana birləşdirilməsinin bildirmiş və 10 il sonra Bakıdakı Zirvədə bunu bir daha təkrarlamışdı. İndi isə Zəngəzur dəhlizinin açılmasıyla bağlı artıq razılıq əldə edildiyini diqqətə çatdırdı ki, Qəbələ Bəyannaməsində də bu dəhlizin türk dünyası üçün strateji əhəmiyyəti vurğulanır. Daha qələbə necə olur?
Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbədə bir araya gəlmələri də, fikrimcə, məhz Qəbələ Zirvəsini Qələbə zirvəsinə çevirən siyasətin nəticəsidir. Kopenhagendə Makronla, indi isə Putinlə görüş göstərdi ki, cənab İlham Əliyev böyük və kiçikliyindən asılı olmayaraq hər hansı bir dövlətin qarşısında tələb irəli sürürsə, Ermənistana yanaşmada olduğu kimi öz mövqeyindən bir millimetr belə geri çəkilmir. Çünki o tələb həmişə beynəlxalq hüquqa, ədalətə, indiki halda həm də dövlətimizin yaratdığı geosiyasi reallığa və təbii ki, dəmir iradəyə dayanır. Yeri gəlmişkən, üzə vurulmasa da, Rusiya səmasında sərnişin təyyarəmizə necə raket zərbəsi endirildiyi haqda dövlət başçımızın qarşı tərəfdən daha məlumatlı olduğu Düşənbə görüşündə açıq-aydın görünürdü".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31