EN

Azərbaycan millisi Özbəkistanda hazırlıq keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışı keçəcək. Komanda baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Daşkənddə hazırlığa qatılacaq.

Oktyabrın 12-dən başlayacaq toplanışda Zəlimxan Süleymanov (55 kq), Maqsud Xasmetov, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (75 kq) iştirak edəcəklər. Özbəkistanda məşqlər oktyabrın 26-da yekunlaşacaq.

Daşkənd toplanışında Azərbaycan millisi Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan yığmaları, həmçinin Rusiyanın 2 heyəti ilə məşq keçəcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də nəzərdə tutulub.

Avropa çempionatı: Yarımfinala yüksələn boksçularımızın sayı 5-ə çatıb

Boksçularımız MDB Oyunlarını 24 medalla başa vurublar

Avropa çempionatı: 3 boksçumuz yarımfinalda - FOTO

Qadın boksçularımız MDB Oyunlarını 10 medalla başa vurublar - FOTO - YENİLƏNİB

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında

Chosen
188
10
apasport.az

10Sources