EN

Təhsildə dəyişiklik siqnalları: kadr problemləri agentliklərə təsir edir

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırda Azərbaycanda təhsil islahatları mərhələli şəkildə aparılır. İdarəçilikdə optimallaşdırma və resursların səmərəli bölüşdürülməsi hökumətin gündəmindədir. Bu baxımdan, müxtəlif agentliklərin birləşdirilməsi variant kimi nəzərdən keçirilə bilər.Bunu Modern.az-a açıqlamasında deputat Elçin Mirzəbəyli bildirib.Onun sözlərinə görə, peşə təhsili ilə ali təhsilin idarəçiliyi mahiyyət etibarilə fərqlidir:“Ali təhsil akademik və elmi istiqamətə daha çox bağlıdır, peşə təhsili isə əmək bazarı, istehsal və texniki sahələrlə sıx əlaqədədir. Ona görə də birləşmə olsa belə, struktur daxilində xüsusi bölmələrin müstəqilliyi saxlanmalıdır”.Deputat qeyd edib ki, birləşmə baş verərsə, bunun təhsil sisteminə həm müsbət, həm də mənfi təsirləri ola bilər:“Müsbət tərəfdən idarəetmə daha da mərkəzləşə, koordinasiya güclənə, resurslardan daha rasional istifadə oluna bilər. Həmçinin ali təhsil və peşə təhsili arasında keçid mexanizmləri daha çevik formalaşa bilər.

Mənfi tərəfdən isə risk var ki, peşə təhsili ali təhsil qurumlarının kölgəsində qalsın. Çünki ictimai rəy və prioritetlər çox zaman ali təhsil üzərində qurulur. Bu halda peşə təhsilinin inkişafı arxa plana keçə bilər. Bu da əmək bazarının real ehtiyaclarına ziddir”.Elçin Mirzəbəyli əlavə edib ki, inkişaf etmiş ölkələrin təcrübəsi də göstərir - peşə təhsili ayrıca diqqət tələb edən sahədir:“İqtisadiyyatın dayanıqlılığı, sənaye və xidmət sektorunun keyfiyyətli kadr təminatı əsasən peşə təhsili üzərində qurulur. Bu sahənin inkişafı həm gənclərin işsizliyinin qarşısını alır, həm də orta ixtisaslı mütəxəssislərə olan tələbatı ödəyir. Ona görə də peşə təhsili yalnız ali təhsilə əlavə kimi deyil, strateji istiqamət kimi dəyərləndirilməlidir”.Sonda E. Mirzəbəyli vurğulayıb ki, belə bir birləşmə mümkündür, lakin onun uğurlu olması üçün peşə təhsilinin ayrıca idarəçilik mexanizmi, resursları və prioritetləri qorunmalıdır:“Əks halda, struktur islahatı nəticə vermək əvəzinə, əks effekt doğura bilər”.

Təhsil eksperti Elşən Qafarov isə bildirib ki, Elm və Təhsil Naziriliyinin əsasnamasi və strukturunun müəyyən edilməsi ölkə Prezidentinin 24 iyul 2023 tarixli müvafiq fərmanı ilə müəyyən olunur. Həmin fərmanda Elm və Təhsil Nazirliyinin strukturu dörd agentliklə müəyyən olunub. Bu agentliklərin birləşdirilməsi hazırda müzakirə mövzusu deyil. 

“Agentliklərin fəaliyyətlərinə nəzarət etsək, onların fəaliyyətində çox ciddi maliyyə, idarəetmə problemləri görə bilərik. Bunun əsas səbəbi təhsillə bağlı olmayan insanların funkisanal vəzifələrə gətirilməsidir. Burada Elm və Ali Təhsil üzrə Dövlət  Agentliyini qismən istinad edə bilərik”. O qeyd edib ki, agentliklərdə təhsilə aid olmayan insanların funkisional vəzifələrə gətirilməsi o agentliklərin ləğv olunması mənasına gəlmir:“Ümumilikdə bizim təhsil sistemimizdə kadr problemi var. Təhsillə bu sahəyə bağlı olan insanlar məşğul olmalıdırlar. Nə qədər ki biz bu sahəyə biznes gözündə baxırıq, problemlərlə rastlaşacağıq. Eyni vəziyyət Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyində də var. Peşə təhsil sisteminə isə xüsusi diqqət ayrılmalıdır. Bu dünyanın hər yerində belədir”. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
2
modern.az

3Sources