EN

Millimiz İsrailə məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, IX qrupda yer alan millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Park de Sport” stadionunda keçirilən görüşə Bakı vaxtı ilə saat 20:00-da start verilib.

6 qolun vurulduğu matçda millimiz rəqibinə 1:5 hesabı ilə məğlub olub.

11 oktyabr

20:00. İsrail (U-17) - Azərbaycan (U-17) 5:1 

“Park de Sport” stadionu, Sen-Pol-le-Daks  

Baş hakim: Marius Hansen Qrotta (Norveç) 

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa) 

Dördüncü hakim: Gillaume Paradis (Fransa)

Didye Deşam: “Daha çox qol vura bilərdik”

DÇ-2026: Almaniyadan darmadağın, İslandiya - Ukrayna matçında 8 qol - YENİLƏNİB

Millimiz Fransadan əliboş qayıdır - YENİLƏNİB

“Qarabağ”ın oyunu üçün vauçerlər satışa çıxarılıb

Yığmamız Çexiya ilə üz-üzə gələcək

Chosen
9
apasport.az

1Sources