Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətənmüharibəsinin oktyabrın 12-nə olan xronikasını təqdim edir:
- Prezident İlham Əliyev Türkiyənin "Haber Global" televiziyakanalına müsahibə verib.
- Ağdam rayonu ərazisi Ermənistan silahlıqüvvələri tərəfindən atəşə tutulub. Düşmən alayının tabor komandiri və xeyli sayda canlı qüvvəsi məhv edilib.
- Emənilərin Tərtər rayon Kəngərli kəndini top atəşinə tutmasınəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
- Müdafiə Nazirliyi düşmənin 3 PUA-sının məhv edilməsininvideogörüntülərini yayıb.
- Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələriyaradılıb.
- Müdafiə Nazirliyi Cəbrayılın işğaldan azad olunan Süleymanlıkəndindən videogörüntülər yayıb.
- Emənilərin Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-açatıb.