EN

Donald Tramp İsrail parlamentində çıxış edəcək

BAKI, 12 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də İsrail parlamentində (Knessetdə) çıxış edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Tramp həmin gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək mərasimdə də iştirak edəcək.

Məlumata görə, o, bazar ertəsi səhər İsrailə çatacaq, daha sonra Fələstin hərəkatı HƏMAS-ın girov saxladığı şəxslərin ailələri ilə görüşəcək və Knessetdə çıxış edəcək. Hazırda çıxışın məzmunu barədə ətraflı məlumat verilməyib.

Qeyd olunur ki, bundan əvvəl ABŞ-ın Qəzza münaqişəsinin həlli üzrə nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner Təl-Əvivdə girovların azad edilməsini dəstəkləyən mitinqdə iştirak ediblər.

Bununla yanaşı, İsrailin HƏMAS-la əldə edilən razılaşma çərçivəsində ordusunu Qəzza zolağında əvvəlcədən razılaşdırılmış mövqelərə çəkdiyi bildirilir.

Xatırladaq ki, Donald Tramp daha əvvəl İsrail və HƏMAS nümayəndələrinin onun təklif etdiyi sülh planının ilk mərhələsini imzaladıqlarını bəyan etmişdi.

Chosen
24
10
teleqraf.com

10Sources