EN

Alimlər Günəşdə qeyri adi kütlə aşkarlayıblar

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri Günəşdə qeyri-adi böyük protuberansın (Günəşin kənarında çıxıntı şəklində və ya səthində qara "ləkələr" kimi müşahidə olunan plazma kütləsi - red.) meydana gəldiyini bildiriblər.

Oxu.Az bildirir ki, bu barədə Günəş Astronomiyası Laboratoriyası "Telegram" kanalında məlumat yayıb.

Alimlər bildiriblər ki, Günəşin şimal-şərqində tamamilə qeyri-adi ölçüdə protuberans formalaşıb. Onların məlumatına görə, Günəş onu hissələr halında fəzaya atmağa çalışır, lakin bu cəhdlər hələ ki, uğurla nəticələnməyib.

Tədqiqatçılar qeyd ediblər ki, təxminən 90% ehtimalla protuberans qarşıdakı 24 saat ərzində tam şəkildə atılacaq.

Alimlər, həmçinin aydınlaşdırıblar ki, kütlənin atılması zamanı hissəciklər Merkuriyə təsir göstərə bilər, əgər protuberans Günəşdə daha 3-4 gün qalsa, potensial təhlükə Yerə də yayıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
390
37
oxu.az

10Sources