Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Yuxarı Nemətabad kəndi yaxınlığından keçən avtomagistralda baş verib.
İki avtomobilin toqquşması zamanı "Tamstore" marketlər şəbəsinin 4 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar - 2003-cü il təvəllüdlü Məryəm Bəkirova, 1996-cı il təvəllüdlü Ayişə Qasımzadə,
2002-ci il təvəllüdlü Sarvan Hüseynov və 1991-ci il təvəllüdlü Şahin Muatafayev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf.com)