EN

Namiqdən xanımı ilə paylaşım!

Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə xanımı ilə paylaşım edib.

News24.az xəbər verir ki, Namiq bu gün evlilik ildönümləri olduğunu bildirib.

Həyat yoldaşı ilə fotosunu paylaşan Qaraçuxurlu onun üzünü gizlədib:

“12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb, “Toyun mübarək, xoşbəxt ol!” demişdi. İllər keçdikcə nə qədər doğru bir addım atdığımın fərqinə varıram. Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gərdik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdməzarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə - bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir. Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım”.

Chosen
98
22
news24.az

10Sources