EN

Ərdoğan da Misirə gedir

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Misirə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Ərdoğan ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da sözgüdən sammitdə iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
2
qafqazinfo.az

1Sources