EN

DÇ-2026: Azərbaycan millisi bu gün Ukrayna ilə vacib oyuna çıxacaq

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Polşada Ukrayna yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Krakov şəhərində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Görüşü avstriyalı Sebastyan Qishamer idarə edəcək.

Qeyd edək ki, Fransa D qrupunda 9 xalla liderdir. Ukrayna 4 xalla ikinci, İslandiya 3 xalla üçüncü, Azərbaycan millisi isə 1 xalla dördüncü pillədə qərarlaşıb.

İdman.Biz

Chosen
24
5
idman.biz

7Sources