EN

HAMAS-ın azad etdiyi girovlar İsrail ordusuna təhvil verildi - Yeniləndi

HAMAS israilli girovların ilk qrupunu azad etdi

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, HAMAS əsas mübadilə çərçivəsində israilli girovların ilk qrupunu azad edib.

Məlumata görə, təşkilat 7 nəfəri – Matan Engerst, Alon Ohel, Eitan Mor, Gali və Ziv Berman, Omri Miran və Guy Gilboa-Dalalı Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib. Hazırda onların İsrailə yola salındığı bildirilir.

Azad edilmə prosesi Qəzzanın Xan Yunis şəhərində həyata keçirilib.

Razılaşmaya əsasən, İsrail tərəfi uzunmüddətli həbsə məhkum olunmuş 250 fələstinlini, həmçinin 2023-cü ilin oktyabrın 7-dən bəri saxlanılan 1700-dən çox məhbusu azad etməyi planlaşdırır.

Qeyd edək ki, ötən gecə HAMAS və İsrail arasında atəşkəs əldə olunub. Razılaşma İsrail qoşunlarının mərhələli şəkildə bölgədən çıxarılmasını, Qəzzaya humanitar yardımın çatdırılmasını və girov-məhbus mübadiləsini nəzərdə tutur.

Məlumata görə, növbəti qrup əsirin bu gün saat 11:00-da azad edilməsi gözlənilir.


***

10:37 


HAMAS-ın azad etdiyi 7 israilli girov İsrail ordusuna təhvil verildi

News24.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına əsasən, azad edilən 7 nəfər artıq İsrail tərəfinə təhvil verilib.

Bildirilib ki, qalan 13 girovun azad edilməsi də gün ərzində həyata keçiriləcək.




Chosen
82
news24.az

1Sources