EN

CNN: Tramp Netanyahu ilə İsrail liderinin Misirdəki sammitdə iştirakını müzakirə edib

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə İsrail liderinin Misirdə keçiriləcək sammitdə iştirakını müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.

“Tramp və İsrailin baş naziri Benyamin Netanyahu bu gün axşam saatlarında Misirin Şarm əş-Şeyx şəhərində keçiriləcək sammitdə İsrail liderinin iştirakının mümkünlüyünü müzakirə ediblər”, - deyə məlumatda qeyd edilir.

Ağ Ev şərh verməkdən imtina edib.

Chosen
8
ikisahil.az

1Sources