İsrailin Baş naziri Benyamin Netanyahu Misir Prezidenti Əbdülfəttah Sisi ilə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə telefon danışığı aparıb.
"Bakuinfo" xəbər verir ki, danışıq zamanı Netanyahu Misir liderinin dəvətini qəbul edərək Qəzza sektoru üçün Trampın sülh planına həsr olunan beynəlxalq sammitdə iştirak etməyə razılaşıb.
Sammit bu gün Şarm əş-Şeyxdə keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl İsrail rəsmilərinin sammitdə iştirak etməyəcəyi bildirilmişdi. (Axar.az)