EN

Netanyahu Trampın dəvətini QƏBUL ETMƏDİ

İsrail Baş naziri Benyamin Netanyahu Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Məlumata görə, Baş nazir Netanyahu ABŞ prezidenti Tramp tərəfindən bu gün Misirdə baş tutacaq konfransa dəvət edilib: 

“Netanyahu dəvətə görə prezident Trampa təşəkkür edib, lakin Simxat Tora bayramının başlamasını əsas gətirərərk tədbirdə iştirak edə bilməyəcəyini bildirib. Netanyahu Trampa sülhlə bağlı səylərinə görə təşəkkür edib”, - deyə məlumatda qeyd olunub. 
 

Xatırladaq ki, daha əvvəl Netanyahu Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığından sonra, Trampın iştirakı ilə, bu tədbirdə iştirak etməyi qəbul etmişdi.


Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS, ABŞ tərəfindən irəli sürülmüş sülh planının ilk fazasını qəbul etdiklərini bəyan ediblər. Bu gün isə dünyanın bir sıra ölkələrinin dövlət və hökumət başçılarının iştirakı ilə Misirin Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçiriləcək. 

Bizim.Media

Chosen
34
bizim.media

1Sources