Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında Yaxın Şərq Sülh Sammiti ilə bağlı paylaşım edib.
“Prezident İlham Əliyev Şarm Əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edir. Bu, Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür. Azərbaycan Yaxın Şərqdə regional sülh gündəmi üçün bütün tərəflər üçün arzuolunan tərəfdaşdır”, - paylaşımda bildirilib.
President İlham Aliyev attends Middle East Peace Summit in Sharm El Sheikh. It is reflection of Azerbaijan’s growing regional role and its Global foreign policy as middle power. Azerbaijan is the desirable partner for all parties for the regional peace agenda in the Middle East. pic.twitter.com/d8x3CCQ85z
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 13, 2025
;