EN

"Bir-birinizlə yola gedirsiniz, elə deyilmi? - Tramp (VİDEO)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

"Unikal" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı sülh sazişi imzalanmazdan əvvəl üzünü Azərbaycan Prezidenti İlham Əliyevə tutaraq deyib:

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.

Chosen
17
50
unikal.az

10Sources