EN

Ukrayna ilə bağlı dəhşətli xəbər

İl-78 tankerinin dəstəklədiyi MiG-31I qırıcısı Rusiyanın dərinliklərindən Ukraynadakı hədəflərə dəhşətli hücum həyata keçirə bilər.

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Military Watch Magazine” məlumat yayıb. Nəşr bildirir ki, İl-78 ilə birgə işləyən MiG-31I daha uzun məsafə qət edir və raketləri havada daha uzun müddət saxlayaraq döyüş imkanlarını genişləndirir.

Məqalədə iddia olunur ki, MiG-31I hava buraxılışı üçün uyğunlaşdırılmış 9K720 (İskəndər-M) ballistik raketinin hava variantını daşıya bilər. Bu tip havadan buraxılışlar düşmənə xəbərdarlıq müddətini azaldır və hədəfləri daha uzaqdan vura bilər.

MWM həmçinin Rusiya VKS-nin Kinzhal kimi aeroballistik raketlərin təkmilləşdirilmiş variantlarından istifadə etdiyini və onların manevr imkanlarının hədəflənməni çətinləşdirdiyini yazıb.

Chosen
40
1
konkret.az

2Sources