EN

Donald Tramp III Dünya Müharibəsi haqqında

ABŞ prezidenti Donald Tramp Misirin Şarm əl-Şeyx şəhərində Qəzza Sammitində çıxışı zamanı bəyan edib ki, III Dünya Müharibəsi olmayacaq: “Onlar Yaxın Şərqdə üçüncü dünya müharibəsindən danışırlar, lakin bu baş verməyəcək.

Editor.az xəbər verir ki, biz bunun heç bir yerdə baş verməsini istəmirik və olmayacaq”, – deyə Tramp “Fox News” telekanalı tərəfindən yayımlanan açıqlamalarında bildirib.
Əbdülfəttah əs-Sisinin rəhbərlik etdiyi Misir Prezident Aparatı 20-dən çox ölkədən nümayəndənin iştirak edəcəyi Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq üçün oktyabrın 13-də toplantı keçiriləcəyini açıqlayıb. Görüşü əl-Sisi və Tramp təşkil edib.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bəyan etmişdi ki, böyük dövlətin səhvi ucbatından üçüncü dünya müharibəsi hər an başlaya bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
46
editor.az

1Sources