EN

Tanınmış aktrisa Hüsniyyə Əhmədovanın EVİ YANDI

Bu gün səhərə yaxın tanınmış teatr aktrisası Hüsniyyə Əhmədovanın yaşadığı binada yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, yanğın elektrik naqillərində yaranan qığılcım nəticəsində baş verib. Nəticədə aktrisanın yaşadığı mənzil tamamilə yanaraq yararsız hala düşüb.

Məlumata görə, Hüsniyyə Əhmədova və ailə üzvləri xəsarət almayıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hadisə ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.

Chosen
125
1
news24.az

2Sources