BAKI, 14 oktyabr. TELEQRAF
Madaqaskar Prezidenti Andri Rajoelina ölkəni tərk etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi prezidentin televiziya çıxışına istinadla məlumat yayıb.
Rajoelina hərəkətini şəxsi təhlükəsizlik səbəbləri ilə izah edib. Onun hazırkı yerinin məlum olmadığı bildirilib.