EN

Venesuelada qızıl mədəninin çökməsi nəticəsində 14 nəfər həlak olub

Güclü yağışlar fəlakətə səbəb olub, onlarla şaxtaçı yerin altında qalıb...

Poliqon xəbər verir ki, Venesuelanın şərqində yerləşən El-Kalyao şəhərində qızıl hasil edilən mədən çökməsi nəticəsində azı 14 nəfər həyatını itirib. Hadisə “Cuatro Esquinas de Karatal” adlı mədəndə baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, faciəyə bölgədəki güclü leysan yağışları səbəb olub.

Venesuela hökumətinin yaydığı açıqlamada bildirilib ki, ölənlər mədən kompleksinin üç fərqli şaxtasında aşkarlanıb. Hadisə yerində axtarış-xilasetmə qərargahı yaradılıb və xilasedicilər həm yerin altında qalan şaxtaçıların cəsədlərini çıxarmaq, həm də sağ qalan işçiləri xilas etmək üçün səfərbər olunublar.

Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmir. Hazırda rəsmi məlumatlar “digər şaxtaçılardan alınan ifadələr” əsasında formalaşdırılıb. Mədən rayonuna əlavə xilasetmə qüvvələri və tibbi briqadalar göndərilib.

El-Kalyao bölgəsi Venesuelanın ən iri qızıl hasilatı mərkəzlərindən biridir və son illərdə burada təhlükəsizlik qaydalarının pozulması nəticəsində oxşar faciələr bir neçə dəfə baş verib.

Poliqon.info

Chosen
32
poliqon.info

1Sources