EN

Venesuelada mədən faciəsi — 14 şaxtaçı həlak olub

Venesuelanın şərqində, El-Kayo bələdiyyəsində baş verən mədən qəzası 14 şaxtaçının həyatına son qoyub. The Associated Press xəbər verir ki, hazırda ölənlərin cəsədlərinin çıxarılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.

Doğru.az xəbər verir ki, ilkin məlumatlara görə, faciə bölgədə müşahidə olunan leysan yağışları nəticəsində şaxtanın çökməsi səbəbindən baş verib.

Məqalədə qeyd olunur:

“Axtarış və xilasetmə işləri suyun səviyyəsini aşağı salmaq üçün ərazidəki bütün mədənlərdən suyun vurulması ilə başlayıb.”

Xatırladaq ki, bundan əvvəl Kuzbassdakı “Yerunakovskaya-8” mədənində qaya uçqunu baş vermiş, nəticədə 150-dən çox insan təxliyə edilmişdi.

DOĞRU.AZ

Chosen
125
1
dogru.az

2Sources