EN

Bakıda II Təchizat Zənciri Liderləri Zirvəsi keçiriləcək

Noyabrın 15-də Bakıda II “Təchizat Zənciri Liderləri Zirvəsi 2025” keçiriləcək.

"Facemark" MMC-nin təşkilatçısı olduğu tədbir ölkənin dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və qabaqcıl şirkətləri bir araya gətirərək, dayanıqlı, çevik və rəqəmsallaşdırılmış təchizat zəncirinin qurulması üçün platforma rolunu oynayacaq.

"Dayanıqlı gələcəyə doğru birlikdə" konsept mesajı ilə keçiriləcək tədbir həm də Azərbaycanın qlobal bazarda rəqabət qabiliyyətini artırmağa yönəlik yeni təşəbbüslərin müzakirəsi üçün unikal bir imkan yaradacaq.

Tədbir iştirakçıları təchizat zəncirində ekoloji, iqtisadi və sosial davamlılıq baxımından yeni yanaşmaları müzakirə edərək, sahənin gələcəyinə yön verəcək ideyalar paylaşacaqlar.

Chosen
65
vergiler.az

1Sources