Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl haqqında cinayət işi başlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.
Gununsesi.info xəbər verir ki, Şəhla İsmayıl Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilir.
Qeyd edək ki, Şəhla İsmayıl 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
O, gender bərabərliyinin inkişafına və sülhyaratmaya verdiyi töhfəyə görə Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunub.
Mükafat ona 2022-ci ildə Fransanın Bakıdakı səfirliyində təqdim edilib.
Baş Prokurorluqda QHT-lərlə bağlı cinayət işi başlayandan sonra 5 nəfər həbs olunub, digərləri təşkilat rəhbərləri haqqında isə başqa yerə getməmə və s. qətimkan tədbirləri seçilib. Təqsirləndirilən QHT təmsilçilərindən bir neçəsinin, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, qadın hüquqlarının müdafiəsilə məşğul olan Nərgiz Muxtarovanın məhkəməsi başlayıb. Oktyabrın 22-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun da məhkəməsi başlayacaq.
Qeyd edək ki, Qalib Bayramov London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi, iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.