Ajans.az xəbər verir ki, Sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 105 illiyi münasibətilə və maliyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə Əliyeva Fatma Həmzə qızı Novruzova Bulqeyis Sabir qızı “Rəşadətli əməyə görə” nişanı ilə İmanov Sənan Nəriman oğlu Məmmədova Kifayət Abbasəli qızı Qədimov Məhərrəm Heydər oğlu Sadıqova Xatirə Seyran qızı".