Ajans.az hadisə ilə bağlı "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat katibi Kəmaləddin Qədim bildirib ki, agentliyin əməkdaşları heç kimdən icazə almadan ticarət mərkəzi daxilindəki reklam lövhələrini söküblər. Onun sözlərinə görə, bu gün səhər saatlarında Azərbaycan Reklam Agentliyinin əməkdaşları Sədərək Ticarət Mərkəzinə kranlarla, yük maşınlarıyla necə deyərlər hücum ediblər. Bu artıq 2-ci, 3-cü müdaxilədir. Onlar heçkimdən icazə almadan, ticarət mərkəzi daxilində olan reklam lövhələrini söküb dağıdırlar. Demək olar ki, hər biri 10 min manat dəyərində olan 21 reklam lövhəsi sökülüb. Mütəxəssislər hesablayıblar, ticarət mərkəzinə bütövlükdə 210 min manat ziyan dəyib. Mərkəzin rəsmisi qeyd edib ki, məhkəmə qərarı göstərilsə də onlar heç bir məhəl qoymurlar. Reklam haqqında qanuna görə, bu lövhələr açıq məkanlarda yerləşdirilir. Bu məsələ məhkəməyə qədər gedib çıxıb. Apellyasiya məhkəməsinin bu haqda qərarı da var. Məhkəmə zəruri hesab edib ki, ticarət mərkəzi ərazisində üstü bağlı olan ticarət mağazaları, ictimai iaşə obyektləri və sair bu kimi təyinatlı obyektlər mövcuddur. Yaxınlıqda heç bir yaşayış məntəqəsi yoxdur. Ticarət mərkəzi özəl mühafizə xidməti tərəfindən mühafizə olunur. Ticarət mərkəzi əsas avtomagistraldan 200 metr, avtomobil yolundan isə 100 metr məsafədə yerləşir. Onun 4 girişi vardır.


Son olaraq əlavə edib ki, Daxil İşlər Nazirliyi bu hadisə bağlı məlumat da yayıb. Nazirlik bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək. Son sözü araşdırmalardan sonra hüquq mühafizə orqanları deyəcək.