ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Günümüzün böyük hissəsi müxtəlif sosial şəbəkə platformalarında keçir. Bəs sosial şəbəkələr insanların münasibətlərinə zərur vurumu? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Rəhim Şəhrizad: “Hesab edirəm ki, sosial şəbəkələr münasibətlərə zərər vurmur. Texnologiya o qədər inkişaf edib ki, keçmiş zamanlarda olduğu kimi insanlar artıq bir-biri ilə küçədə, parkda görüşmürlər. İnsanlar bir-biriləri ilə sosial şəbəkə vasitəsi ilə ünsiyyətdə olurlar. Sosial şəbəkə üzrə mütəxəssislər əhaliyə sosial şəbəkələrdən düzgün istifadə barədə məlumat verməlidirlər”.
Şəhər sakini Nazilə Şəhrizad: “Düşünürəm ki, sosial şəbəkələr əhali üçün lazımdır. Sosial şəbəkələrdə insanlar öz fikirini bildirir, istədikləri paylaşımları bəyənir, paylaşırlar. Sosial şəbəkələrdə bəzən dostlar bir-birinin paylaşımlarını bəyənmirlər deyə münasibətləri pozulur. Mən bunu düzgün hesab etmirəm. Yəni dostda olsalar insanlar istədikləri paylaşımları bəyənməlidirlər”.
Şəhər sakini Şahanə Səfərli: “Sosial şəbəkələr münasibətlərə mənfi təsir göstərmir. Yəni sosial şəbəkələr olmayan dövrdə də yaxşı insan yaxşı insan idi, pis insanda pis insan. Sosial şəbəkədə paylaşımlarını bəyənmədiyi üçün dostundan küsən şəxs keçmiş dövrdə də başqa bəhanə ilə dostu ilə münasibətlərini korlayırdı. Yəni bu məsələni sosial şəbəkəyə bağlamaq düzgün deyil. Əksinə sosial şəbəkələr vasitəsi ilə indi ünsiyyət daha rahatdır. Bu dəqiqə bütün insanlar bütün günü vaxtlarını sosial şəbəkədə keçirirlər”.
Şəhər sakini Toğrul Quluzadə: “Sosial şəbəkələr münasibətlərə təsir edir. Xüsusi ilə də azyaşlı və məktəbli uşaqlara sosial şəbəkələrin çox təsiri var. Mənim özümədə sosial şəbəkələr çox təsir edir. "Tiktok" sosial şəbəkəsində tərbiyəsizlik təbliğ olunur. Sosial şəbəkələr olmasaydı daha yaxşı olardı. Mən şəxsən sosial şəbəkələrin bağlanmasını istəyirəm. İnsanlara çox mənfi təsir göstərir”.
Şəhər sakini Tahir Süleymanov: “Məncə sosial şəbəkələr münasibətlərə təsir edir. "Tiktok" və "İnstagram" sosial şəbəkələrindəki paylaşımlara baxdıqca insanda müəyyən fikir formalaşır. Əxlaqsızlıq müasirlik kimi təqdim olunur. Halbuki sosial şəbəkələrdəki paylaşımlar bizim mentalitetimizə uyğun deyil. Bəzən iki dostun münasibəti sosial şəbəkədə pozulur. Bu isə həmin insanlar arasında dostluğun zəif olduğunu göstərir. Sevgidə isə sosial şəbəkələr qısqanclığa səbəb olur”.
Şəhər sakini Mirzə Allahverdi: “Sosial şəbəkələr münasibətlərə hardasa təsir edir. Sosial şəbəkələrdə səviyyəsiz paylaşımlar insana xoş gəlmir. Dostluğa ümumiyyətlə sosial şəbəkələr təsir edə bilməz. İki dost bir-birinin paylaşımını bəyənmədiyi üçün münasiəti korlanırsa bu uşaqlıqdır. Mən hesab edirəm ki, sosial şəbəkələrdə əxlaqsızlıq aradan qaldırılmalıdır. Çünki bu gün sosial şəbəkəyə girmək mümkün deyil. Sözün əsl mənasında hər ağılda insan görmək mümkündür. Lüt soyunub "Tiktok" sosial şəbəkəsində canlı yayım açırlar. Bu heç xoş deyil”.
Şəhər sakini Ayla Aslanzadə: “Sosial şəbəkələr həm dostluq, həmdə sevgi münasibətlərinə çox təsir edir. Əsasəndə qadınlar arasında rəqabət olur. Sosial şəbəkələrin mənfi cəhətləri müsbət cəhətlərindən daha çoxdur. Mənim paylaşımlarımı bəyənməyən şəxsə qarşı ürəyimdə kin yaranır. Mən özümdəndə bilirəm ki, sosial şəbəkələr münasibətlərə çox təsir edir. Sevgililər arasında qısqanclıq yaradır. Qız görür ki, sevgilisi başqa bir qızın paylaşımını bəyənib dərhal dava edirlər”.
Müəllif: İlkin Məmmədkərimov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.