EN

Nobel qalmaqalı! Venesuela Oslodakı səfirliyini bağladı

Hurriyyet.az xəbər verir ki, "BBC News" kanalının məlumatına görə, Venesuela rəhbərliyi Oslodakı səfirliyini bağladığını elan edib. Qərar Norveç Nobel Komitəsinin Venesuelanın müxalif siyasətçisi Maria Korino Maçadoya Sülh Mükafatını verməsindən bir neçə gün sonra verilib.

Venesuela hökumətinin rəsmi bəyanatında diplomatik nümayəndəliyin bağlanması ilə Nobel Komitəsinin qərarı arasında əlaqə olduğu bildirilmir. Səlahiyyətlilər bu addımın “diplomatik xidmətin yenidən qurulması”nın bir hissəsi olduğunu qeyd ediblər.

Norveçin Xarici İşlər Nazirliyi Karakasın heç bir izahat vermədən Oslodakı səfirliyi bağladığı xəbərini təsdiqləyib.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro Nobel Sülh Mükafatına layiq görülmüş müxalifət lideri Mariya Korina Maçadonu “cadugər şeytan” adlandırıb.

Hürr Tərcüman

 

Chosen
103
hurriyyet.az

1Sources