EN

DTX Musa Şəkiliyevi hakim qarşısına çıxarır Qərar olacaq

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Qaxın xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən sabiq icra başçısı Musa Şəkiliyev bu gün məhkəmə qarşısına çıxarılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

İstintaq orqanı iri həcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyir.

Vəsatətə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Hazırda həmin əməliyyatla saxlanılan M.Şəkiliyevin icra başçısı  olduğu dövrdə yol verilən qanun pozuntuları araşdırılır.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
6
qafqazinfo.az

10Sources