EN

Venesuelada qızıl mədəni çökdü: 14 işçi həyatını itirdi

ain.az bildirir, News24 portalına istinadən.

Venesuelanın El Kallao şəhərində baş verən güclü yağışlar nəticəsində qızıl mədənində uçqun baş verib.

News24.az xəbər verir ki, hadisə zamanı 14 mədənçi həyatını itirib.

Rəsmilər bildiriblər ki, uçqun altında qalan işçiləri xilas etmək üçün dərhal axtarış-xilasetmə işlərinə başlanılıb. Hazırda mədən quyularındakı suların çəkilməsi üzərində iş aparılır.

Xilasedici qruplar  digər mədənçilərin ifadələrindən istifadə edərək içəridə qalanlara çatmağa çalışdıqlarını bildiriblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
1
news24.az

2Sources