EN

DTX Musa Şəkiliyevi hakim qarşısına çıxarır - QƏRAR

Hakim vəsatəti əsaslı sayaraq təmin edib. Qərara əsasən M.Şəkiliyevin həbsdə saxlanılma müddəti 4 ay uzadılıb.​

Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir k, hazırda M.Şəkiliyevin icra başçısı  olduğu dövrdə yol verilən qanun pozuntuları araşdırılır.

***

Qaxın xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən sabiq icra başçısı Musa Şəkiliyev bu gün məhkəmə qarşısına çıxarılır.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

İstintaq orqanı iri həcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyir.

Vəsatətə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Hazırda həmin əməliyyatla saxlanılan M.Şəkiliyevin icra başçısı  olduğu dövrdə yol verilən qanun pozuntuları araşdırılır.

Chosen
21
6
day.az

10Sources