EN

DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı - QƏRAR

Qaxın xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən sabiq icra başçısı Musa Şəkiliyev bu gün məhkəmə qarşısına çıxarılır.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

İstintaq orqanı iri həcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyir.

Vəsatətə Səbail Rayon Məhkəməsində baxılır.

Hakim vəsatəti əsaslı sayaraq təmin edib. Qərara əsasən M.Şəkiliyevin həbsdə saxlanılma müddəti 4 ay uzadılıb.​

Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Hazırda M.Şəkiliyevin icra başçısı  olduğu dövrdə yol verilən qanun pozuntuları araşdırılır.

"Cebheinfo.az"

Chosen
29
6
cebheinfo.az

10Sources