Azərbaycan U-21 yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Offsideplus.az xəbər verir ki, rəqib Şotlandiya yığmasıdır.
Qarşılaşma Mərdəkanda yerləşən "Liv Bona Dea Arena" stadionunda, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, B qrupunda mübarizə aparan Azərbaycan 1 xalla 6 komanda arasında 5-ci yeri tutur. Qrupa 9 xalla Portuqaliya yığması başçılıq edir. Şotlandiyanın aktivində 3 xal var.
Avropa Çempionatı, seçmə mərhələ
14 oktyabr
19:00.Azərbaycan (U-21) - Şotlandiya (U-21) 0:0 (ilk hissə)
Baş hakim: Sayat Karabayev
“Dalğa Arena”