EN

İctimai nəqliyyatdakı problem aradan qalxdı - Yenilənib

Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur".

Bu barədə News24.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem müşahidə olunur. Bu səbəbdən metro və avtobuslarda sıxlıq yaranıb.

Bir neçə saatdır ictimai nəqliyyatda kartlarla ödəniş sistemində problem yaranıb.

***

News24.az xəbər verir ki, bu barədə sərnişinlər məlumat verib. Kartların işində nasazlıq izdihama səbəb olub. 

***

“Birbank” məsələ ilə bağlı açıqlama yayaraq problemin aradan qaldırıldığını bildirib:

“Birbank”da bir sıra ödənişlərdə yaranan texniki nasazlıq tamamilə aradan qaldırılıb. Hazırda müştərilərimiz xidmətlərimizdən tam kəsintisiz və rahatlıqla istifadə edə bilərlər. Yaranan narahatlığa görə təəssüf edir, müştərilərimizə anlayış göstərdikləri üçün təşəkkür edirik”.

Chosen
116
3
news24.az

4Sources