Azərbaycan U-21 yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, rəqib Şotlandiya yığması olub. Qarşılaşma Mərdəkanda yerləşən "Liv Bona Dea Arena" stadionunda, saat 19:00-da start götürüb və 3:3 hesablı heç-heçə nqeydə alınıb.
Qeyd edək ki, B qrupunda mübarizə aparan Azərbaycan 1 xalla 6 komanda arasında 5-ci yeri tutur. Qrupa 9 xalla Portuqaliya yığması başçılıq edir. Şotlandiyanın aktivində 3 xal var.
Avropa Çempionatı, seçmə mərhələ
14 oktyabr
19:00.Azərbaycan (U-21) - Şotlandiya (U-21) 3:3 (İkinci hissə)
Qol: Xəyal Əliyev, 7. 49. Şahin İbrahimov, 79. - Devid Uotson, 33. Luk Qraham, 44. Sam Hardinq, 90+1.
Baş hakim: Sayat Karabayev
“Dalğa Arena”