EN

Sinqapura uçan təyyarə Bakıya məcburi eniş etdi

Bu gün “Singapore Airlines” aviaşirkətinə məxsus, Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumat yayıb.

Bildirilib ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.  Dördpendirli pizza

Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla eniş edib. 

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən müasir və təhlükəsiz hava nəqliyyatı mərkəzlərindən biri kimi, istənilən fövqəladə vəziyyətə yüksək hazırlıqla cavab verir və sərnişinlərin təhlükəsizliyini prioritet istiqamət kimi qoruyur.


Telegram kanalımız
Chosen
154
35
yenisabah.az

10Sources