EN

DÇ 2026: Türkiyə və İspaniyadan darmadağın, Portuqaliya bir xalla kifayətləndi

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində səkkiz qarşılaşma baş tutub.

Oxu.Az xəbər verir ki, Türkiyə yığması ev matçında Gürcüstan millisi ilə üz-üzə gəlib. Hər iki ölkə prezidentlərinin izlədiyi görüşdə ay-ulduzlular qonaqların qapısından 4 top keçiriblər. Gürcülər bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 4:1.

İspaniya Bolqarıstanı sınağa çəkib. Pireney təmsilçisi 3 xalı 4 cavabsız qolla alıb - 4:0.

Günün daha bir maraqlı qarşılaşması Portuqaliyada keçirilib. Bu ölkənin milli komandası doğma azarkeşləri önündə Macarıstanı qəbul edib. Qarşılıqlı qollarla yadda qalan görüşdə qalibi müəyyən etmək mümkün olmayıb - 2:2.

Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Estoniya - Moldova 1:1;

İrlandiya - Ermənistan 1:0;

İtaliya - İsrail 3:0;

Andorra - Serbiya 1:3;

Latviya - İngiltərə 0:5.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
66
1
oxu.az

2Sources