Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Səudiyyə Ərəbistanı milli komandası futbol 2026-cı il dünya çempionatının seçmə mərhələsində İraqla ev oyununda heç-heçə etdikdən sonra mundialın final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Ciddədə keçirilən B qrupunun görüşü 0:0 hesabı ilə başa çatıb.
Səudiyyə Ərəbistanı dünya çempionatında üçüncü dəfə ardıcıl iştirak edəcək.
Həmçinin oktyabrın 14-də Qətər yığması BƏƏ-ni 2:1 hesabı ilə məğlub edərək, turnirin final mərhələsində iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.