EN

DÇ 2026: Mundiala yollanacaq 28 komanda müəyyənləşib

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

İngiltərə dünən DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Latviyanı (5:0) məğlub etməklə mundialın final mərhələsinə vəsiqəni təmin edib. Sport24.az xəbər verir ki, ingilislərlə yanaşı Seneqal və Kot-d'İvuar millisinin də dünya çempionatına yollanacağı rəsmiləşib.

Beləliklə, DÇ-2026-ya qatılacaq 48 komandadan 28-i artıq müəyyənləşib:

Kanada, Meksika, ABŞ, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Cape Verde, Cənubi Afrika, Seneqal, Kot-d'İvuar, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında ümumilikdə 48 komanda mübarizə aparacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
91
sport24.az

1Sources