EN

Əmtəə bazarlarında qızılın qiyməti rekordları yeniləməkdə davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,07% artaraq 4 207,7 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,26% artaraq 51,26 ABŞ dolları olub.

Chosen
13
49
apa.az

10Sources