EN

“İsrailin müharibə dövrü iqtisadi itkisi 80 milyard dollara yaxın olub” - QHT sədri / VİDEO

AZTV-də 14 oktyabr 2025-ci il tarixində Rasim Şərifovun aparıcılığı ilə yayımlanan “Hədəf” verilişində “Qəzzada sülh dayanıqlı olacaqmı?” mövzusu müzakirə olunub.

QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli çıxışı zamanı Yaxın Şərqdəki münaqişənin iqtisadi nəticələrinə diqqət çəkib:

“Münaqişə olan yerdə insan itkiləri ilə yanaşı, əsas zərbə iqtisadi sahəyə dəyir. Hazırda İsrailin bu müharibə dövründə təxminən 80 milyard dollara yaxın iqtisadi itkisi hesablanır. Kənd təsərrüfatına dəymiş zərər 60 faizə çatıb. Fələstində isə işsizlik səviyyəsi 75 faizə yüksəlib ki, bu da ciddi sosial sarsıntı deməkdir. Müharibə regiondakı turizm, nəqliyyat və logistika sahələrinə də mənfi təsir göstərib. Suveyş kanalı və Qırmızı dəniz istiqamətində daşımaların risk altında olması logistikanın qiymətini artırıb, sığorta haqları bir neçə dəfə bahalaşıb. Bu təsirlər həm region ölkələrinin, həm də qlobal iqtisadiyyatın sabitliyinə mənfi təsir göstərir.”

Ekspert əlavə edib ki, enerji daşıyıcılarının qiymətində dalğalanmalar və İsrailin texnologiya ixracında yaranan problemlər də beynəlxalq bazarlarda müəyyən qeyri-sabitlik yaradıb.

"Sülhün təmin olunması yalnız humanitar deyil, həm də iqtisadi sabitlik baxımından region üçün həyati əhəmiyyət daşıyır".

Pərvanə Fərhadqızı

Chosen
33
qht.az

1Sources