EN

Kreml Putinlə Suriya prezidenti arasında görüş keçiriləcəyini bildirib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 15-də Rusiyada işgüzar səfərdə olan suriyalı həmkarı Əhməd əl-Şara ilə danışıqlar aparacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Oktyabrın 15-də Rusiya prezidenti Vladimir Putin və Suriya Ərəb Respublikasının prezidenti Əhməd əş-Şara arasında danışıqlar aparılacaq”, - deyə məlumatda qeyd edilir. "Suriyanın müvəqqəti prezidenti Rusiyada işgüzar səfərdə olacaq", deyə Kremlin məlumatında bildirilir.

Tərəflər Yaxın Şərqdəki vəziyyəti və Moskva ilə Dəməşq münasibətlərinin perspektivlərini müzakirə etməyi planlaşdırırlar.

Kremldən bildiriblər ki, müzakirələrdə Rusiya-Suriya münasibətlərinin ticarət-iqtisadi, humanitar və siyasi sahələrdə perspektivləri və hazırkı vəziyyəti müzakirə olunacaq.

Liderlər Yaxın Şərqdəki son hadisələri də müzakirə edəcəklər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
68
39
bizimyol.info

10Sources