EN

DÇ 2026 ya vəsiqəni təmin edənlər: 28 komandadan cəmi biri Avropa təmsilçisidir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) iştirak edəcək 48 komandadan 28-i müəyyənləşib.

Oxu.Az xəbər verir son olaraq, Səudiyyə Ərəbistanı, Qətər, Fil Dişi Sahili, Seneqal və İngiltərə dünya birinciliyinə vəsiqəni rəsmiləşdirib.

İndiyə qədər aşağıdakı komandalar DÇ-2026-ya vəsiqə qazanıb:

Turnirin ev sahibləri: ABŞ, Kanada, Meksika;

AFC (Asiya): Avstraliya, İran, Yaponiya, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Özbəkistan;

ACF (Afrika): Əlcəzair, Misir, Cape Verde, Qana, Fil Dişi Sahili, Mərakeş, Seneqal, CAR, Tunis;

KONMEBOL (Cənubi Amerika): Argentina, Braziliya, Kolumbiya, Ekvador, Paraqvay, Uruqvay;

CFO (Okeaniya): Yeni Zelandiya;

UEFA (Avropa): İngiltərə.

Qeyd edək ki, DÇ-2026-da 48 milli komanda iştirak edəcək. Turnir iyunun 11-dən iyulun 19-dək üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
94
1
oxu.az

2Sources