EN

Gürcüstanın Baş naziri Tbilisidə səfərdə olan ATƏT sədri ilə görüşü ləğv edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin yaydığı rəsmi bəyanatda məlumat verilib.

Bildirilib ki, görüşün ləğvinə səbəb Elina Valtonenin "qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar verməsi" olub.

Qeyd olunub ki, Elina Valtonen dünən Tbilisidə, Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyasına qatılıb və etirazçılarla görüşüb.

Daşqın HəsənovMissiya.Az

Chosen
32
missiya.az

1Sources