EN

Həkim xəbərdarlıq etdi: Üzüüstü yatmaq sağlamlıq üçün təhlükəlidir

Braziliyalı ortoped-cərrah Daniel Oliveira insanların üzüüstü yatmaq vərdişindən imtina etməli olduqlarını bildirib. Onun sözlərinə görə, bu yuxu pozası boyun və bel ağrılarına, həmçinin sinir sıxılmasına səbəb ola bilər.

Editor.az xəbər verir ki, həkim bu barədə “Terra” nəşrinə danışıb.

Mütəxəssis qeyd edib ki, üzüüstü yatmaq zamanı boyun bükülmüş vəziyyətdə qalır, bu da servikal onurğaya (boyun fəqərələrinə) əlavə yük salır.

“Bel nahiyəsində gərginlik artır, səhərlər oyanarkən əllərdə keyimə və qarıncalanma hissi yarana bilər. Həmçinin bədəndə ümumi narahatlıq hissi müşahidə olunur,” – deyə Oliveira bildirib.

Cərrahın sözlərinə görə, üzüüstü yatmaq nəfəs almanı çətinləşdirə və daxili orqanlara təzyiq göstərə bilər. Xüsusilə bel yırtığı, oynaq xəstəlikləri, tənəffüs və qan dövranı problemləri olan şəxslər üçün bu vəziyyət təhlükəlidir.

Həkim qeyd edib ki, sırtüstü və yan yatmaq daha sağlam hesab olunur, xüsusilə hamilə qadınlar və əməliyyatdan sonra bərpa dövründə olan xəstələr üçün tövsiyə olunur.

“Yuxu pozası onurğa sağlamlığına birbaşa təsir göstərir. Həyat tərzində ediləcək kiçik dəyişikliklər belə ağrı və zədələnmələrin qarşısını almaqda böyük rol oynaya bilər,” – deyə Oliveira vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
126
50
editor.az

10Sources