EN

Fatih Ürek infarkt keçirdi: Vəziyyəti kritikdir

Türkiyənin tanınmış müğənnisi və aparıcısı Fatih Ürek infarkt keçirib.

Milli.Az xəbər verir ki, 59 yaşlı sənətçi hazırda özəl xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həkimlərin verdiyi məlumata görə, ilk 6 saat onun həyatı üçün həlledici olacaq.

Jurnalist Birsen Altuntaş sosial şəbəkə hesabında paylaşaraq sənətçinin səhhəti barədə məlumat verib:

"Fatih Ürek infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiyadadır, vəziyyəti diqqətlə izlənir."

Sənətçinin yaxın dostu, aktyor Onur Akay da Ürekin Etilerdəki klinikada müalicə aldığını təsdiqləyib.

Fidan
Milli.Az

Chosen
67
2
milli.az

3Sources